Join our Social media channels to get the latest discounts

Newsletter

Udemy
Azərbaycanca Etik Hacker Olma Kursu Coupon
Teaching & Academics

[-0% Off] Azərbaycanca Etik Hacker Olma Kursu Course Coupon

Updated: by saadmerie
Expired

Etichal Hacking


5.0 hr
Azeri
20$ 19.99$
Get the coupon in the end of description.

Description

Hər kəsə salam.Öncəliklə kurs dərsləri hər dəfə yenilənəcək və yeni dərslər əlavə ediləcək.Ona görə gözləmədə qalın

Mən Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya Təhlükəsizliyi İxtisasının tələbəsi Zaur Qasımov,bu kurs boyunca sizə yeni hack biliklər qazanmaqda kömək edəcəm.

Kursun əsas məqsədi Udemy də Azərbaycanca təhsili inkişaf etdirmək və Azərbaycanlı istifadəçilərə xitab edən bir tədris verməkdir.Udemy-də

azərbaycanlı istifadəçilərin sayı həddindən artıq çoxdur.Amma Azərbaycanca dərs demək olar ki,yoxdur.Mən də sizlərə bu kursu yaratmaqla yardımçı olmaq istədim.Məqsədim Azərbaycanlı istifadəçilərə hacking bilikləri vermək,onların özlərinini qoruması üçün yolları öyrətməkdir.

Sosial mühit inkişaf etdikcə buradakı təhlükələr də artır və insanların bunlardan xəbərdar olması vacibdir.Əks halda onların olası təhlükələrlə qarşılaşması qaçılmazdır.Ona görə də bu kurs sizə bunlardan müdafiə olunmaqda yardımcı olacaq.İndi isə kurs haqqında məlumat vermək istərdim.

Bu kurs boyunca siz Etik Hacker olma yolunda təməl biliklərə yiyələnəcəksiniz.Bunun üçün sizin əvvəlcədən heç bir hack biliyinizin olmasına ehtiyyac yoxdur.Sizə lazım olan tək şey bir kompüterdir.Kompüterinizdə də olması gərəkən yeganə özəllik Ramının 8 Gb və ondan çox olması və yaddaşında yer olmasıdır.Gördüyünüz kimi bu qədər sadə və asan.Ümid edirəm ki,bu sizə maneə olmaz. Kursu bitirdikdən sonra Etik Hacking barəsində təməl biliklərə yiyələnmiş olacaqsınız.Bu biliklər sizə qarşıdakı zamanlarda çox yardımçı olacaq.Kurs boyunca siz Linux istifadə etməyi,hackerlərin istifadə etdiyi proqram və vasitələri istifadə etməyi,sosial mühəndisliyi,kompüterə sızmağı,istifadəçi məlumatlarını ələ keçirməyi,web saytlara sızmağı və məlumatları ələ keçirməyi,termux vasitəsilə bir sıra hack yollarını və daha bir çox yeni şeyləri öyrənəcəksiniz və tətbiq edəcəksiniz.Qeyd edim ki,bu bilikləri siz yalnız özünüzü müdafiə məqsədilə istifadə etməlisiniz.Digər məqsədlər üçün istifadə etməyinizi məsləhət görmürəm.Bunun qanunda cəzaları var.

Məncə artıq kurs haqqında məlumatlara sahibsiniz.Elə isə kursumuza başlaya bilərik.

If the coupon is not opening, disable Adblock, or try another browser.
Share this coupon

Follow Us

Get our Mobile App

Get it on Google Play

Newsletter

© Copyright | Real.Discount 2017-2023. All Rights Reserved.